SON DƏQİQƏ:

Yeniyetmə qız ölümlə təhdid edilir

  11515   |  
Şriftin ölçüsü  

Fransada Mila adlı 16 yaşlı litsey şagirdi İslam dinini təhqir etdiyinə görə sərt təzyiqlərlə üzləşib. 

Adalet.az xarici mətbuata istinadən bildirir ki, keçən ay instaqramda canlı yayımda çıxış edən yeniyetmə qız lezbiyan olduğunu açıqlayandan sonra müsəlman bir izləyici tərəfindən sərt təpkilərə və təhqirlərə tuş gəldikdə cavab olaraq İslam dinini təhqir eləmişdi. Bundan sonra çoxsaylı izləyicilər onun ünvanına təhdid dolu mesajlar göndərmiş və ölümlə hədələməyə başladılar. Sosial mediada onun şəxsi məlumatlarını və oxuduğu litseyin ünvanı da paylaşılmışdı. Bundan qorxuya düşən Mila bir televiziya kanalında çıxış edərək dediklərindən peşman olmadığını bildirməklə yanaşı səmimi olaraq öz inaclarıyla yaşayan insanlardan üzr istəmişdi. Daha sonrasa təhdidlərdən yaxa qurtarmaq üçün oxuduğu litseyi dəyişməyə məcbur olmuşdu. Artıq onun yaşadığı ev və təhsil aldığı litsey xüsusi mühafizə altındadır.

Ölkəni əməlli-başlı qarışdırmış bu hadisəyə prezident Emanuel Makron da münasibət bildirib. O deyib ki, Fransa qanunlarında hər şey açıq yazılıb. Hər kəs istənilən dinə həqarət etmək və onu ələ salmaq haqqına malikdir. Yasaq olan tək şey insanlara nifrət hissi aşılamaq, onların şərəf və ləyaqətini alçatmaqdır. Daha sonra Milanın yeniyetmə bir qız olduğuna diqqət çəkən prezident deyib: "Onu məktəbdə, evində, bir sözlə, hər yerdə qorumaq bizim borcumuzdur. Uşaqlar internet üzərindən məruz qaldıqları nifrət və şiddətin yeni formalarından daha etibarlı şəkildə qorunmalıdırlar”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29
2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK