CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - VİDEO
"Amburan Mall" ticarət mərkəzində yerləşən CineMastercard premium kinoteatrında "Minionlar və bədheybətlər" ailəvi animasiya filminın qapalı nümayişi baş tutub.
Tədbirin ən sevilən qəhrəmanı Minionun böyük kuklası olub. Uşaqlar onunla şəkil çəkdirib, rəqs edib və əyləniblər. Animatorlar balaca qonaqlar üçün maraqlı oyunlar, müsabiqələr və əyləncə proqramı hazırlayaraq kinoya gəlişi əsl ailəvi bayrama çeviriblər.
Parlaq dekorasiyalar, şirniyyatlar, furşet və dondurmalar tədbirə xüsusi ab-hava qataraq uşaqlara unudulmaz anlar və xoş təəssüratlar bəxş edib.
Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri övladları ilə birlikdə iştirak ediblər.
Əyləncə proqramından sonra qonaqlar "Minionlar və bədheybətlər" animasiya filmini böyük ekranda izləyiblər.
"Minionlar və bədheybətlər" - Illumination studiyasının yeni animasiya komediyasıdır. Filmin hadisələri 1920-ci illərin Hollivudunda cərəyan edir. Minionlar qorxu filmi çəkməyi arzulayırlar, lakin əsl bədheybətləri axtararkən gözlənilməz macəralar və təhlükəli xaosla üzləşirlər. Onlar bu qarışıqlığın öhdəsindən birlikdə gəlməli olurlar.
Filmin rejissoru Pyer Koffandır. O, "Minionlar" və "Yaramaz Mən" (Despicable Me) franşizalarının yaradıcılarından biri olmaqla yanaşı, cizgi filmlərinin orijinal versiyasında minyonları səsləndirən daimi aktyordur.
"Minionlar və bədheybətlər" filmi artıq CineMastercard kinoteatrlar şəbəkəsində nümayiş olunur. Tamaşaçıları sevimli qəhrəmanların maraqlı macəraları, yüksək əhval-ruhiyyə və bütün ailə üçün unudulmaz kino təcrübəsi gözləyir. Film türk, rus və ingilis dillərində təqdim olunur, həmçinin 4DX formatında da izləmək mümkündür.
Digər Xəbərlər
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00


Bakı -°C

