“AzerGold” QSC vətəndaşlara çağırış etdi
Son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold” QSC-nin adından istifadə edilməklə saxta investisiya və reklam kampaniyalarının təşkili hallarının yenidən aktivləşdiyi müşahidə olunur.
Bu kampaniyaların əsas məqsədi vətəndaşların dövlət şirkətinə olan etibarından sui-istifadə etməklə onların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də maliyyə vəsaitlərini mənimsəməkdir. Bu cür fəaliyyətlər fişinq xarakterli kiberdələduzluq hücumlarının tərkib hissəsidir.
Kiberdələduzlar “AzerGold” QSC-ni guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edir, həmçinin rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlara və keçidlərə yönləndirirlər. Bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılaraq onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb edilir.
“AzerGold” QSC bildirir ki, şirkət sosial şəbəkələr və ya digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları tələb etmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.
Bütün bunlar nəzərə alınaraq, vətəndaşlara “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda şübhəli keçidlərə daxil olmamağı, fərdi və maliyyə məlumatlarını paylaşmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Digər Xəbərlər
08 Avqust 2026 13:46
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərildi - YENİLƏNİB
08 Avqust 2026 12:00
“İlham Əliyev Azərbaycan üçün xarici siyasətin son 200 ildə olmayan bir memarıdır”
07 Avqust 2026 16:51
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
07 Avqust 2026 16:15
Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi
07 Avqust 2026 11:51
Qızıl və gümüş bahalaşdı
07 Avqust 2026 11:00
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA - VİDEO
07 Avqust 2026 10:48
“Bu Ermənistanda konstitutsiya dəyişikliklərin nə zaman reallaşacağından asılı olacaq...”
06 Avqust 2026 12:05


Bakı -°C

