Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
Fransa, İspaniya və ABŞ-dən sonra Türkiyə dünyanın ən çox turist qəbul edən dördüncü ölkəsi olub.
Adalet.az xəbər verir ki, BMT-nin Turizm Təşkilatının (UN Tourism) açıqladığı beynəlxalq reytinqə əsasən, Türkiyə 60,6 milyon xarici ziyarətçi ilə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi olub. Siyahıda ilk üç pillədə Fransa (102 milyon), İspaniya (93,8 milyon) və ABŞ (72,4 milyon) qərarlaşıb.
Beləliklə, Türkiyə turizm sahəsində İtaliyanı geridə qoyaraq ilk dördlükdə yerini möhkəmləndirib. Bu uğurda İstanbul, Antalya, Muğla və Kapadokya kimi məşhur turizm mərkəzləri, zəngin tarixi-mədəni irs, inkişaf etmiş nəqliyyat infrastrukturu və ilboyu davam edən turizm mövsümü mühüm rol oynayıb. (Musavat.com)
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

