Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
İspaniya şahzadəsi Leonor üç ildən ibarət hərbi hazırlığını rəsmi olaraq başa vurub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, quru qoşunları, hərbi dəniz qüvvələri, hava və kosmik qüvvələrdə təlim keçərək gələcəkdə İspaniya Kraliçası və Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə hazırlaşır.
Məlumata görə, təlim zamanı Leonor həm gündüz, həm də gecə paraşüt tullanışlarını uğurla yerinə yetirib və bununla da paraşütçü ixtisası alan ilk İspaniya kral ailəsi üzvü olub.
Qeyd edək ki, Leonorun təxminən 150 ildən sonra İspaniyanın taxta çıxacaq ilk qadın hökmdarı olacağı gözlənilir. Bu baxımdan, onun hərbi hazırlığını başa vurması ölkə tarixində əlamətdar hadisə kimi qiymətləndirilir.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

