“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
ABŞ-nin Bağdaddakı səfirliyi Ərbilə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra İraqda yaşayan ABŞ vətəndaşlarını maksimum ehtiyatlı olmağa çağırıb və ölkəyə səfər edilməməsi ilə bağlı xəbərdarlığını yeniləyib.
Adalet.az-ın məlumatına görə, səfirliyin yaydığı təhlükəsizlik bildirişində qeyd olunub ki, 15 iyul tarixində İrana yaxın qrupların Ərbilə təşkil etdiyi pilotsuz təyyarə hücumlarından sonra ABŞ vətəndaşları ən yüksək səviyyədə ayıq-sayıq olmalıdır.
Bəyanatda vətəndaşlara yerli medianı izləmək, həmçinin təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etmək tövsiyə olunub.
Səfirlik, eyni zamanda, İraqın hava məkanının əvvəlcədən xəbərdarlıq edilmədən bağlana və uçuşların dayandırıla biləcəyi barədə xəbərdarlıq edib. Bu səbəbdən sərnişinlərə Ərbil, Bağdad, Bəsrə və Süleymaniyyə hava limanlarına yollanmadan əvvəl aviaşirkətlərdən uçuşların vəziyyətini dəqiqləşdirmək tövsiyə edilib.
ABŞ diplomatik nümayəndəliyi İraq üçün qüvvədə olan 4-cü səviyyəli səyahət xəbərdarlığını da xatırladaraq, vətəndaşlarını terror təhlükəsi, adam oğurluğu, silahlı qarşıdurmalar, daxili iğtişaşlar və ABŞ hökumətinin təcili yardım imkanlarının məhdudluğu səbəbindən ölkəyə səfər etməməyə çağırıb.
Bildirilib ki, bəzi əməkdaşların təxliyə edilməsinə baxmayaraq, ABŞ-nin İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.
Səfirlik əlavə edib ki, ABŞ vətəndaşları konsulluq xidmətləri və digər məsələlərlə bağlı Bağdaddakı səfirlik və Ərbildəki Baş Konsulluqla elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

