Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO
Eyni piştaxtada satılan quzu ətləri arasında qiymət fərqi var.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti əsasən 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik heyvanın kiloqramı 23-25 manata qədər yüksəlir.
Satıcılar bildirirlər ki, qiymət çəkiyə, quzunun növünə və alış qiymətinə görə formalaşır.
Qəssabların sözlərinə görə, əmlik quzular daha az tapılır. Buna görə də onları əsasən sifariş əsasında gətirərək kəsib satırlar. Satıcılar bildirirlər ki, əmlik quzu ilə iriçəkili quzu arasındakı əsas fərqlərdən biri də ətin daha yumşaq və dadının fərqli olmasıdır.
Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Onlar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzunun əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.
Qeyd edək ki, son aylarda ölkəyə ət idxalı artıb. Bu isə bazarda təklifin azalmasının qarşısını alan amillərdən biri hesab olunur. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da baha olması istisna deyildi.
Digər Xəbərlər
08 Avqust 2026 16:09
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - VİDEO
07 Avqust 2026 17:37
AQTA bəzi nöqsanlar aşkarladı - Heyvan kəsimi nöqtələrində
07 Avqust 2026 10:36
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
06 Avqust 2026 19:39
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Ödəniş tələb edilir - VİDEO
05 Avqust 2026 19:15
Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?
05 Avqust 2026 18:34
Hazırda Bakının bütün küçə və prospektlərində təmir gedir - VİDEO
05 Avqust 2026 14:48
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
05 Avqust 2026 13:48


Bakı -°C

