Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları aldadıblar.
Eyüpsultan rayonunda şirniyyat mağazasında menecer işləyən Azərbaycan vətəndaşı və Türkiyə vətəndaşı H.H. iyulun 1-də polisə müraciət edərək 1,5 milyon lirə dəyərində (təxminən 54 min manat) qızılını dələduzlara verdiyini bildirib.
Həmin gün Fatih rayonunda yaşayan 65 yaşlı təqaüdçü D.K. də eyni üsulla aldadıldığını və bank seyfində saxladığı 1,5 kiloqram qızılı şübhəlilərə təhvil verdiyini deyib.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini təhlil edərək, şübhəlilərin istifadə etdiyi avtomobili müəyyənləşdiriblər.
Küçükçekmecedə keçirilən əməliyyat zamanı avtomobildə olan üç nəfər saxlanılıb. Axtarış zamanı 142 ədəd saxta 100 avroluq əskinas və oğurlanmış qızılların bir hissəsi aşkar edilərək götürülüb.
İstintaqın davamı olaraq Şanlıurfada daha iki nəfər tutulub və saxlanılanların sayı beşə çatıb.
Məhkəməyə çıxarılan şübhəlilərdən əvvəllər müxtəlif cinayətlərə görə 11 qeydiyyatı olan Y.O., H.T., M.M. və O.Ç. barəsində həbs qərarı verilib. E.O. isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Digər Xəbərlər
25 Avqust 2026 18:10
Ayrı-ayrı sərnişinlərə paylayıb ölkəyə gətirsələr də saxlanıldılar
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59
Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
21 Avqust 2026 11:08
Su Polisi ƏMƏLİYYAT keçirdi
20 Avqust 2026 09:56
17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən xüsusi əməliyyat
19 Avqust 2026 17:34
Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
19 Avqust 2026 16:31


Bakı -°C

