adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 02:00
69
İDMAN
A- A+

"Qarabağ" II təsnifat mərhələsinə yüksəldi  - YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı cavab oyununu keçirib.

Adalet.az xəbər verir ki, İslandiyada baş tutan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın qollarını Ceydi Muaddib, Pedro Bika və Zakariya Saco vurublar.

Azərbaycan çempionu Bakıda keçirilən ilk matçda da rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, iki oyunun nəticəsinə görə 6:0 üstün olan “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib

***

01:43

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Adalet.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 3:0.

57-ci dəqiqədə Zakarya Savo adını tabloyua yazdırıb.

01:05

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabda öndədir - 2:0.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

***01:42

"Vestri" - "Qarabağ" matçında hesab 3:0 olub.

Adalet.az xəbər verir ki, Ağdam klubunun heyətində Savo fərqlənib.

***

00:33

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 2:0.

29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.

 

***00:13

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk qol vurulub.

Adalet.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb - 1:0.

5-ci dəqiqədə Jali Muaddib fərqlənib.

 

***00:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.

Adalet.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.