adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 09:45
79
İDMAN
A- A+

Dünya çempionatının finalını o idarə edəcək

Futbol üzrə DÇ-2026-nın həlledici qarşılaşmalarını idarə edəcək hakimlərin adları rəsmən müəyyənləşib.

Adalet.az xəbər verir ki, turnirin İspaniya ilə Argentina arasında keçiriləcək final matçında baş hakim funksiyasını sloveniyalı FIFA referisi Slavko Vinçiç yerinə yetirəcək.

Üçüncü yer uğrunda baş tutacaq Fransa - İngiltərə qarşılaşması isə venesuelalı hakim Xesus Valensuelaya həvalə olunub.

Qeyd edək ki, Fransa və İngiltərə milliləri arasında keçiriləcək üçüncü yer uğrunda oyun iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

DÇ-2026-nın çempionunu müəyyənləşdirəcək İspaniya - Argentina final görüşünün start fiti isə iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.