Süni intellektlə qadınları şantaj edənlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.
DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.
Digər Xəbərlər
16 Iyul 2026 12:20
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən...
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48


Bakı -°C

