“44 il əvvəl başlayan müharibə dünən axşam özünün növbəti pərdəsini yaşadı”
“Argentina general Messinin komandanlığı altında İmperiyanın günəşini söndürdü və Folklendin qisasını aldı. Argentinanın hərbi hökuməti əmr etdiyi işğal üçün öz qüvvələrini hazırlamaqda və təchiz etməkdə uğursuzluğa düçar oldu; 1983-cü ildə Argentinada mülki hakimiyyət bərpa edildi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Britaniya Baş naziri Marqaret Tetçer isə geniş yayılmış vətənpərvərlik dəstəyini 1983-cü il parlament seçkilərində Mühafizəkarlar Partiyasının qələbəsinə çevirdi. 44 il əvvəl başlayan müharibə dünən axşam özünün növbəti pərdəsini yaşadı. Futbol üzrə dünya çempionatının yarımfinal görüşündə qarşılaşan iki dövlətin müharibə enerjisi yaşıl meydana daşmış, ilk dəqiqədən görüş amansız mübarizəyə səhnə olmaqda idi. Bu baxımdan futbolla yanaşı, düşməncəsinə başlayan müharibə kimi mübarizə imperiyanın süquti ilə başa çatdı. Argentina general Messinin komandanlığı altında İmperiyanın günəşini söndürdü və Folklendin qisasını aldı”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

