Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.
Adalet.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
11 Avqust 2026 17:15
Bakıda dəhşət: Oğul anasını öldürüb həyətdə basdırdı
11 Avqust 2026 16:15
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
10 Avqust 2026 17:38
Kiberpolis 10 milyon manatlıq onlayn mərc şəbəkəsini ifşa etdi - VİDEO
09 Avqust 2026 00:05
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
08 Avqust 2026 18:00
İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyirdilər - Tutuldular - VİDEO
07 Avqust 2026 18:01
KMBİ əməliyyat keçirdi - VİDEO
07 Avqust 2026 17:22
Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
07 Avqust 2026 12:18


Bakı -°C

