adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 09:00
60
MƏMLƏKƏT
A- A+

Çiçəkləri əzməyin!

Bakıda bir - birindən gözəl parklar , xiyabanlar var! Bunlar paytaxtımıza xüsusi bir gözəllik verir. Dövlətimiz çox sağolsun ki, küllü miqdarda pul xərcləyib belə gözəl parklar saldırıb . Belə gözəl parklardan biri də " Fatimeyi - Zəhra" məscidinin yanındakı parkdadir. Demək olar ki, bu parkda hər növ ağaclar, güllər, çiçəklər, yaşıllıq zolağı salınıb.

Adam parka baxanda bir də baxmaq istəyir. Və isti yay günlərində yüzlərlə insan burada  istirahət edir. Havalar istiləşəndən bura gələnlərin sayı daha da artıb.Və hər gün də parkın bağbanı Fikrət qardaşımız yaşıllıqları sulayır, onlara xidmət edir. Üstəlik də axşamdan atılan məişət tullantılarını təmizləyir. Hər dəfə də zibili yerə atanları qınayır. Deyir ki, zibil qutusu  ola- ola bəzi mədəniyyətsiz adamlar əlllərinə gələni parkın ortasına , otların üzərinə atır. O, parka atılmış nə qədər çörək qırıntısını yığıb səliqə ilə  bir kənara qoyur! Və orda səliqə-sahman yaradır.Nə gözəl! Amma parka istirahətə gələnlər uşaqlarına nəzarət etmir, onlarsa gülləri, çiçəkləri, yaşı otları əzirlər.

Dəfələrlə bu sətirin müəllifi və Məhəmməd qardaşimız çiçəkləri əzən uşaqlara və onların valideynlərinə öz narazılığını bildirib. Ancaq daşdan səs çıxıb , onlardan səs çıxmayıb.Deyək ki, onlar uşaqdı, qanmır. Bəs onların valideynləri buna niyə  göz yumurlar??? Hətta bir çox orta yaşlı insanlar otların, çiçəklərin üzərinə xalça salıb orda uzanır , cay içir, yemək yeyirlər. Həmin otlar , çiçəklər isə bir  neçə gündən sonra əzilir və quruyub məhv olurlar! Böyüklərin bu hərəkəti isə lap təəccüblüdür! Əlaqədar qurumlar isə parka nəzarət etmir .

Əgər o gülləri , çiçəkləri ayaqlayanların bir neçəsi inzibati məsuliyyətə cəlb edilib, cəzalansa, ikinci dəfə kiməsə belə hərəkət edib , təbiətə ziyan vurmaz. Yoxsa hər gün Məhəmməd qardaşımla mən "gülləri, çiçəklərı əzməyin"- deməkdən dilimiz qabar olub! Biz yaşıllıqları göz bəbəyi kimi qorumalıyıq! Ki, dövlət milyonlarla pul xərcləyib park salıb, hər bir sakinsə onu qorumağa borcludur. Yəni ictimai qınaq olmalıdır! Bəlkə bundan sonra bəzi mədəniyyətsiz insanlar  gülləri, çiçəkləri əzməz!!!

Emil FAİQOĞLU