“Gurşad”ın yeni sayı…
Azərbaycanın söz məkanında hər bir yazılı nümunə özü ilə yeni imza, yeni fikir təmsilçisi obrazını da, kimliyini də təsdiqləmiş olur. Bu mənada təkcə ölkənin baş şəhərində detil, həmiçinin regionlarında da kifayət qədər ədəbiyyata sözə xidmət edən, bir az da konkret desək, onun cilalanmasında iştirak edən, mətbu nümunələr- qəzetlər və dərgilər işıq üzü görür.
Təbii ki, maraqlı nüansların izləyicisi olan oxucular həmin qəzet və dərgilərdən xəbərdardırlar. İstər ölkənin şimalında, istərsə də digər qütblərində ərsəyə gətrilən yazılı nümunələr arasında “Gurşad”ın öz yeri var. Bu günlərdə Masallı Dövlət Regional kollecinin dəstəyi ilə işıq üzü görən “Gurşad”ın yeni bir sayı işıq üzü görüb. Dərginin baş redaktoru əməkdar jurnalist Zakir Abbasdır. Onun oxuculara müraciəti ilə oxuculara təqdim edilən dərgidə kifayət qədər tanınmış imza sahiblərinin yaradıcılıq nümunələri yer alıbdır.
Redaksiyamıza “Gurşad”ı dəyərli ədəbiyyat bilicisi,tanınmış alimi, filologiya elmləri doktoru Vaqif Yusiflinin də dərginin bu sayında maraqlı bir araşdırma yazısı yer alıbdır. “Masallının ədəbi dünyası” adlanan yazıda filologiya elmləri doktoru V.Yusifli bölgə yazarları barəsində maraqlı təhlil sərgiləyib. Bu yazını oxuyanda Masallının söz dünyası göz önündə bütünlüklə canlanır.
Dərgidə imzası poeziya həvəskarlarına yaxşı bəlli olan Şərafəddin İlkin, Rəsmiyyə Sabir, Arif Fərzəli, Rahid Ulusel, Damət Samanoğlu, Süleyman Əlisa və digərlərinin bir- birindən maraqlı poeziya çələngi ilə tanış ola bilərlər.
Dərgidə həmçinin nəsr nümunələri də yer alıb. Onların arasında Əlişirin Şükürlü, Xanım Ağayeva, Namiq Ağayev, Füzuli Bayat, Nurəddin Ədiloğlu və başqalarının həm müxtəlif janrlarda yazıları yer alır. Bütövlükdə dərginin bu sayında oxumalı, öyrənməli və dəyərləndirilməli ədəbi nümunələr çoxluq təşkil edir. Bu da o deməkdir ki, “Gurşad” Azərbaycan ədəbiyyatına, Azərbaycan
SÖZünə töhfələr verməkdə qərarlıdır.
Uğurlar, “GURŞAD”!
Əbülfət Mədətoğlu
Digər Xəbərlər
06 Avqust 2026 14:07
Əbülfət Mədətoğlu: Bir də mən...
06 Avqust 2026 10:58
“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”
05 Avqust 2026 13:07
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
05 Avqust 2026 13:05
KƏRƏM VƏ ƏSLİ - Qafar Cəfərli yazır
05 Avqust 2026 12:08
BÜTÜN DİNLƏRİN VƏ FƏLSƏFƏNİN ORTAQ MƏFHUMU SEVGİDİR
05 Avqust 2026 11:32
Əbülfət Mədətoğlu: Dünənlə söhbətin ŞEİRİ
05 Avqust 2026 11:26
“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
04 Avqust 2026 11:23


Bakı -°C

