adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2026 01:05
54
İDMAN
A- A+

Argentina ardıcıl ikinci dəfə finalda! - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

Adalet.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 

85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.

00:57

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda üçüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 2:1.

90+2-ci dəqiqədə Lautaro Martines fərqlənib.

00:51

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.

85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.

***

00:19

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk qol vurulub.

Adalet.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar.

55-ci dəqiqədə Entoni Qordon fərqlənib.

***

00:10

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

***

15 iyul, 23:49

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk hissə bitib.

Adalet.az-ın məlumatına görə,Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

***

23:00

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.