adalet.az header logo
  • Bakı 7°C
15 Iyul 2022 11:30
59595
MƏMLƏKƏT
A- A+

“Vətən yaxşıdı” deyib dastana dönən igid: Xudayar Yusifzadənin doğum günüdür

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir
xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başımda duman göründü.

Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Dastana döndü


Şirin səs, ruha qida verən avaz, bir də unutmayacağımız, ali müqəddəslərə məxsus nurdan parıl- parıl yanan bir sima... “Vətən yaxşıdır ” təsnifinin elə ilk notundan qopan ahəng qulağımıza gəlib çatan an qeyri-ixtiyarı mütləq dilimizdən xısınca bir “ Xudayarımız” sözü keçir.

 Adalet.az xəbər verir ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin anım günüdür.

 
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdənin Qazıqurdalı kəndində dünyaya göz açsadababası-nənəsi gi əslən Ağdam rayonundan olub. Dünyaya gəlişindən cəmi 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını (Müslüm Yusif oğlu ) itirib. Yusifzadələr ailəsində 4 uşaq olublar- 3 qardaş və 1 bacı. Xudayar Yusifzadə ailənin son beşiyi olub. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib. Subay idi.

 


Məhəmməd Yusifzadə şəhidimizin qardaşıdı.O Xudayarın hələ uşaqlıqdan hərbiyə, idmana marağının olduğunu Xudayarsevərlərə söyləmişdi: “Məktəbdə “Əlifba” bayramında ağlayırdı ki, mənə hərbi forma geyindirin. İdmana, hərbiyə meyilli idi. Babam və nənəm Ağdam rayonundandır. Onlara həmişə deyirdi ki, gedib Ağdamı azad edəcəyəm, sizi də ora aparacağam. Bizə onun telefonunu verdilər. Döyüş vaxtı da bunu deyirdi, video çəkmişdi. Xudayar orta təhsilini bitirdikdən sonra əsgərliyə yollanıb.Əsgərlikdən gəldikdən sonra bir müddət mühafizə xidmətində işlədi. Lakin hərbçi olmağa can atırdı.


Sirxan Məmmədov şəhidimizin dayısıdır. O, mətbuata açıqlamasında Xudayarın mühafizəçi kimi işindən çıxması ilə bağlı yayılan o maraqlı məlumata aydınlıq gətirib,: "Düzü, həmin vaxt hansı marketdə çalışırdı, onu bilmirəm. Amma dəqiq olan odur ki, o, iş yerindən qovulmayıb, sadəcə olaraq marketin rəhbəri deyib ki, qapını aç, o da qüruruna sığışdırmayıb, deyib ki, mən mühafizəçiyəm, qapı açıb-örtmək mənim vəzifəm deyil. Yəni, işdən çıxarılma olmayıb. Bir nəfər bunu görüb, deyib ki, sənin yerin bura deyil, sabah sənədlərini götür gəl. Beləcə sərhədçi olub. 3 ay təlim keçdikdən sonra Astarada gizir kimi fəaliyyətə başladı. General Polad Həşimov şəhid olan vaxtı Astaradan bir qrup gizir, həmçinin Xudayar könüllü döyüşmək üçün müraciət etmişdi”.


Xudayarın döyüş yoldaşlarının dediyinə görə, yüsəkliyə qalxanda onun burnundan qan axırış. Komandir dəfələrlə ona təklif edir ki, düş aşağı bu vəziyyətlə döyüşə bilməzsən. Xudayar israrla “yox” deyirdi. Hətta zarafatla: “Biz elə bura qan tökməyə gəlmişik, meydanı tərk edən deyiləm”. Pambıq burnunda döyüşə atılirmış.


Tovuz Məmmədova şəhidimizin nənəsidir.O deyir ki, nəvəmi təkcə mən sevmirəm , onu bütün Azərbaycan tanıyır və sevir. Belə bala ilə fəxr etməmək olarmı?
Xudayarın yas mərasimində iştirak edən silahdaşları onu evdəkilərdən də yaxşı tanıyıblar, cəsur, qorxmaz,dost üçün canını verməkdən çəkinməyən biri kimi ... mühasirədə qalmış yoldaşlarından birinə deyib, qorxma, gəlib səni xilas edəcəm. Dostunu mühasirədən çıxarıb sağ salamat qayıtmışdı. Xudayar Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib.Oktyabrın 23-də ağır yaralanıb, sonra şəhid olub”.


Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltid edilib.


Heykəltəraş Jalə Əliyeva Xudayar Yusifzadənin büstünü hazırlayıb. Büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb və muzeyin Vətən müharibəsi fondun nümayiş olunur.
Son olaraq: Xudayar təsnifi Xalq artisti Əlibaba Məmmədov tərəfindən ilk dəfə 1960 səsləndirilib. Elə o gündən sevilir. Amma heç vaxt 2020-ci iləki qədər dillərdə dastana-əzbərə dönməmişdi.

 


Əziz Xudayar, mən ruhların varlığına və bizi gördüyünə, duyduğuna inanan biriyəm! Yəqin ki, bu yazını hazırlayandan bəlkə dəfələrlə sənin adını çəkdiyim üçün yaxınlığımda, lap yanımda durub yazdıqlarımı oxuyursan! O zaman bil: səni də, sənin “Təsnif”ini də canından çox sevdiyin xalqın unutmayacaq. Heç vaxt unutmayacaq...yüz illər keçəcək, min illər keçəcək, bu günki kimi seviləcəksən!

Gənc qızlar taleyinə Xudayar kimi yaraşıqlı, sevimli, vətənsevər bir oğlan çıxmağı arzulayacaq, Valideynlər böyütdükləri övladlarını sənə oxşaması, sənin kimi ləyaqətli olması üçün ona sevgi, diqqət, qayğı aşılayacaqlar.
Məni ən çox kədərləndirən sənin özün kimi bir oğul övladı uşaq sahibi olmadan əbədiyyətə qovuşmağındı ...Kaş arxanca bir yox, bir neçə balaca xudayarlar qalaydı...O bir sərvət olardı..
Amma sonra nurlu siman gözümün qarşısına gəlir... Vətən müharibəsindən sonra bütün insanlar səni balası kimi sevir, elə məndə....Hər kəsin könlündə mütləq bir Xudayar var.

 

Dastan yazan nur üzlü Şəhidim, cənnətdəki 24 yaşın mübarək! Nə yaxşı ki, doğulmusan!Nə yaxşı ki, var olmusan! Mminlərlə vətəni sevən igidlərin simasında bir də səni nə yaxşı ki, tanıdıq! İndi də fəxr edirik... Dastana döndün!!!!

 Əntiqə Rəşid