Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.
Adalet.az xəbər verir ki, Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
11 Aprel 2026 18:13
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
10 Aprel 2026 17:16
13 il əvvəl axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edildi
10 Aprel 2026 11:01
Qanunsuz saxlanılan silahlar aşkarlandı
10 Aprel 2026 10:32
Cinayətdə şübhəli bilinən 72 nəfər saxlanıldı
08 Aprel 2026 13:10
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
08 Aprel 2026 12:09
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
08 Aprel 2026 10:40
Qanunsuz silahlar aşkarlandı
07 Aprel 2026 11:28


Bakı -°C

