adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 11:29
83
MƏDƏNİYYƏT
A- A+

"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir

"İlk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilib. Bu il isə daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq. Artıq fevral ayından bu prosesə başlanılıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq. Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoyub. Müəllim keyfiyyəti – gələcək nəsillərin taleyi deməkdir", - deyə nazir bildirib.