"SEPAH generalları yenə yanlış hədəf seçərlərsə..."
"SEPAH donanmasının komandanı Əlireza Təngsiri bildirib ki, ABŞ-la bağlı neft təsisatları Amerika bazaları hesab olunacaq və həmin təsisatlara zərbə vuracaqlar".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, o, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb:
"Bununla SEPAH komandanı ölkəsinin rəsmilərinin “biz ancaq hərbi mərkəzlərə zərbə vururuq” və ya “biz neft və qaz mərkəzlərinə zərbə vurmamışıq” kimi tezislərinin üstündən xətt çəkdi. SEPAH “Körfəz ölkələrinin neft və qaz təsisatlarına zərbəni biz vurmuşuq və vurmaqda davam edəcəyik” yanaşmasıyla məsələyə nöqtə qoydu. Bu bir növü Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın mühafizəkar hakimiyyəti barədə söylədiyi “mən batıramsa, bölgəni də özümlə batıraram” yanaşmasının təsdiqidir. İran hazırda neftini sata bilmir, bu səbəbdən maliyyə gəlirlərindən məhrum olan, o cümlədən ABŞ və İsrailin bombardmanları nəticəsində ağır itki verən SEPAH neft və qazın istismarından gəlir əldə edən ölkələri hədəf seçib. Yəni “mən neft və qaz sata bilmirəmsə, qonşularım da sata bilməsin”. Xəzərdəki neft və qaz yataqlarımızın əsas operatoru Böyük Britaniyanın bp şirkətidir. Bu şirkətin ABŞ-da da böyük yatırımları mövcuddur. Başlarını itirən SEPAH generalları yenə yanlış hədəf seçərlərsə, bu onlara baha başa gələcək".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

