Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində “Qalatasaray” “Liverpul”un qonağı olub.
Adalet.az xəbər verir ki, qarşılaşma "Liverpul"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mersisayd"lar 1/4 finalda PSJ ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk oyunda İstanbul təmsilçisi rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazanmışdı.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin gərgin cavab oyunlarından sonra 1/4 finalın cütləri müəyyənləşib:
PSJ - “Liverpul”
“Real” - “Bavariya”
“Barselona” - “Atletiko”
“Sportinq” - “Arsenal”


Bakı -°C

