adalet.az header logo
  • Bakı -°C
19 Mart 2026 15:09
70
MƏDƏNİYYƏT
A- A+

“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”

Xəbər verdiyimiz kimi, ARB və ATV telekanallarında yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, Zaur Baxşəliyevin “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri bağlanıb. 

Məsələylə bağlı Adalet.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, bu verilişlərin əvəzində normal təfəkkürlü jurnalist tapsalar, efirə normal verilişlər dəvət etsələr bunu dəyişiklik saymaq olar:

“Məsələn, “Klassik irsimiz”, milli-mənəvi dəyərlərimiz mövzusunda verilişlər olsa, bu çox yaxşı olar. Sovet dönəmində də bu verilişlər var idi. Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq. Dünyaya açılaq, bizi tanısınlar. Nə yaxşı ki, Qarabağ problemimizi həll etdik. Ancaq efirlərimizdə tarimiz, dəyərlərimiz, folklorumuzla bağlı heç bir hərəkət, fəaliyyət göstərməyiblər. Ona görə də düşünürəm  ki, əgər belə verilişlər olaqsa, buyursunlar. Yox, əgər olmayacaqsa, onda yenidən köhnə sandığı açıb, köhnə pambığı ortaya tökməyə ehtiyac yoxdur”. 

Vasif ƏLİHÜSEYN