Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova övladının müalicəsi üçün maddi imkanlarının çox məhdud olduğunu bildirir. Kütləvi informasiya vasitələrinə müraciət edən ana vətəndaşlarımız, xeyirxah insanların yardım əli uzadacağına inanır.
Adalet.az xəbər verir ki, Fanat.Az-a müraciətində ana deyib ki, 5 yaşlı övladını özü tək böyüdür:
"Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi".
S.Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə balalarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır:
"Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdı, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin".
S.Orucova bank kartı və əlaqə nömrəsini də yazıb:
Kapital Bank 5239.1517.3928.6964 kart anaya aiddir. Orucova Samirə adınadır.
Əlaqə nömrəsi: 070-525-62-03.
Digər Xəbərlər
25 Fevral 2026 15:28
Arıqlamaq məqsədilə oruc tutmaq olar? - AÇIQLAMA
24 Fevral 2026 18:00
Professor Selahəddin Kumru - Ana bətnində həyat xilas edən CƏRRAH
24 Fevral 2026 16:48
Ramazanda xurma istehlakının faydaları
24 Fevral 2026 14:43
Xaşın ürəyə ziyanı var, ya yox?
24 Fevral 2026 10:30
Hansı xroniki xəstələr oruc tutmamalıdır? - AÇIQLAMA
23 Fevral 2026 12:34
Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın artıb
23 Fevral 2026 11:42
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
21 Fevral 2026 10:00


Bakı -°C

