adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 19:09
123
MƏMLƏKƏT
A- A+

"Qəhrəman ana ilə mən də çəkdirim" - Mehriban Əliyeva

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Adalet.az Prezident və xanımının Xanoba sakinləri ilə səmimi dialoqunu təqdim edir:

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

Prezident İlham Əliyev: Allah saxlasın.

Sakin: Allah Sizə cansağlığı, uzun ömür versin, cənab Prezident. 

Kişi sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

Prezident İlham Əliyev: Neçə uşaqdır?

Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

Sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.

Sakin: Biz Sizinlə fəxr edirik, dövlətimizlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin, dövlətimizi var eləsin.

Sakin: Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?

Prezident İlham Əliyev: Əlbəttə olar, çəkdirək.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Mehriban, sən də gəl, bizimlə şəkil çəkdir. Gəlin, gəlin.

Sakinlər: Sağ olun, çox sağ olun, Allah köməyiniz olsun.

Birinci xanım Mehriban Əliyeva: Qəhrəman ana ilə mən də çəkdirim.

Prezident İlham Əliyev: Bəli, gəl. Nümunə olmalısınız.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah saxlasın.

Sakinlər: Çox sağ olun, var olasınız.

Birinci xanım Mehriban Əliyeva: Neçə yaşı var ən böyüyünün?

Qadın sakin: 18. Universitetə hazırlaşır. 11-ci sinifdədir hələ.

Birinci xanım Mehriban Əliyeva: Ən böyüyü, ən balacası?

Qadın sakin: Balacası, 4 yaşındadır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Sakin: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Neçəsi qız, neçəsi oğlandır?

Sakin: 4-ü qızdır, 2-si oğlan.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın.

Kişi sakin: Çox sağ olun, Allah sizinkilərə dəyməsin, cansağlığı versin.