Bakıda Novruz şənliyi - FOTOLAR
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və "Regional İnkişaf" İctimai Birliyinin təşilatçılığı ilə paytaxtda "Ruhumuza bahar gəlir" adlı Novruz şənliyi təşkil edilib.
Bu barədə Adalet.az-a BŞİH-dən məlumat verilib.
Bildirilib ki, yerli və xarici vətəndaşlar, həmçinin uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdlərinin qatıldığı şənlik mərasimində xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Həmin çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.
Eyni zamanda tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar iştirak ediblər.
Bundan başqa, populyar incəsənət nümayəndələri ilə yanaşı, rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.
Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

