"Sənin maşınını istəyirəm" - Balaca Ayazın Prezidentdən istəyi - FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Adalet.az xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Prezident və xanımının Xanoba kəndinin balaca sakini ilə dialoqunu təqdim edirik:
Birinci xanım Mehriban Əliyeva: Balaca gözdən sizə oxşayır. Neçə yaşın var, Ayaz? Ayazın neçə yaşı var?
Qadın sakin: Üç.
Birinci xanım Mehriban Əliyeva: Üç? Sən nə yaxşı hündürboy oğlansan? Mən elə bildim 5 yaşın var sənin. Maşallah. Gedək.
Qadın sakin: Xoş gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva: Qırmızı "KamAZ" olacaq.
Sakin: Allah Sizdən razı olsun, Allah Sizə kömək olsun.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Gedək göstərək bizim maşını.
Birinci xanım Mehriban Əliyeva: İstəyirsən maşına minmək?
Qadın sakin: Maşına baxırsan?
Birinci xanım Mehriban Əliyeva: İstəyirsən?
Uşaq: Hə.
Birinci xanım Mehriban Əliyeva: Gedək. Gəl, otur görək.
Prezident İlham Əliyev: Xoşuna gəlir bu maşın?
Birinci xanım Mehriban Əliyeva: Yaxşı maşındır? Bu yaxşıdır, yoxsa "KamAZ" yaxşıdır?
Uşaq: Hə.
Birinci xanım Mehriban Əliyeva: "KamAZ". Gəl öpüm səni. Babanı da öpürsən?
Sakin: De, sağ ol baba.
Uşaq: Mən sənin maşınını istəyirəm.
Birinci xanım Mehriban Əliyeva: İstəyirsən, yaxşı. Sağ olun, təbrik edirəm.
Sakinlər: Sağ olun, Allah köməyiniz olsun.


Bakı -°C

