Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
Afrika Futbol Konfederasiyası (CAF) tarixi qərar verib.
Adalet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə 1:0 hesabı ilə qalib gələn Seneqala texniki məğlubiyyət verilib - 0:3.
Kubokun həmin ölkədən alınaraq Mərakeşə təqdim olunması haqqında qərar qəbul olunub.
Xatırladaq ki, final görüşünün 93-cü dəqiqəsində İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edildi. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olundu. Bu qərar seneqallılarda kəskin etirazlara səbəb oldu və baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə futbolçular bir müddət meydanı tərk etdilər. Yalnız kapitan Sadio Manenin müdaxiləsindən sonra komanda oyuna geri döndü.
Bu səbəbdən Mərakeş CAF-a şikayət məktub ünvanlayıb.
CAF Apellyasiya Şurası Seneqalın bu hərəkətini və matç zamanı baş verən digər qayda pozuntularını mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

