adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 12:30
70
MƏDƏNİYYƏT
A- A+

Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”

“Tetarda çalışmasamda, teatrla bağlı arzularım tükənməyib. Ömrümün sonuna qədər  teatrla bağlı fikirlərim, düşüncələrim, görmək istədiyim işlər ürəyimdə var olacaq. Sadəcə indi özümü bir az küsmüş, bir az incimiş, bir az haqsızlığa uğramış kimi hesab edirəm. Ona görə bu gün bilmirəm sevinim, yoxsa kədərlənim. Milli teatr günü olsa da, axı mən o səhnədə yoxam”. 

Bu sözləri Əməkdar artisti Mehriban Xanlarova Adalet.az-a açıqlamasında söyləyib:

“Bilirsiniz ki, özümü sındıran adam deyiləm. Əvvəldən necə alnıaçıq-üzüağ dayanmışamsa, indi də eləyəm. Milli teatr günü münasibətilə bütün həmkarlarımı  təbrik edirəm. Təbii ki, hər kəsin ürəyində arzuladığı  bir obraz var ki, bəzi qocaman sənətkarlarımız həmin obrazı  yarada bilməyiblər.  Qocalıblar, saçları ağarıb, amma hələ arzularına çatmayıblar. Allah həmin qocaman sənətkarları gec də olsa arzuıarına çatdırsın. Teatrlarda o qədər aktyorlar var ki, illərlə arzuladıqları obrazları oynamaq üçün həvəslə gözləyirlər. Rejissorlar sanki həmin rolları onlara rəva görmürlər. Həmin aktyorlar “kor” rejissorların əllərində qocalıblar.Çox şükür ki, elə “kor” rejissorlara rast gəlməmişəm ki, məni görməzdən gəlsin. Teatrda ifa etmək istədiyim rolla bağlı hələ ki, düşüncələrim yoxdur. Nə zaman teatra qayıdaramsa, onda bu haqda danışaram. Ömrümün 30 ilini teatra qurban vermişəm. Orda haqqım var”.

Əntiqə Kərimzadə