adalet.az header logo
  • Bakı -°C

Vətən daşı olmayandan... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
102 | 2026-03-13 18:32
A- A+

Vətəni sevmək hamının borcudur. Ən azından Vətən elə Ana deməkdir. Vətəni seviriksə, deməli Anamızı da sevirik. Hər bir insan Vətənə öz borcunu müxtəlif formada  ödəyir; kimi şəhid olur, kimi qazi olur, kimi də qalib olur.

Əsas məsələ odur ki, elinə- obana , Vətəninə  xidmət edəsən .İnsan da var ki, həm Vətənin ağır günündə yanında olur, canını bu yolda fəda edir, böyük quruculuq  və abadlıq işlərinə təkan verir. Və  belə Vətənpərvər insanlardan biri də Qubadlı rayonunun Mollu kəndindən olan gözəl insan, böyuk ziyalı, elinə - obasına çətin, ağır gündə arxa duran iş adamı İlham Əliyevdir. O, Qubadlını sayılıb- seçilən , böyük hörməti olan ailələrdən birinin övladıdır.

Həmişə də Qubadlı ilə nəfəs alıb, onun adını , şərəfini uca  tutub.Qubadlının ən ağır, ən çətin anlarında  insanların arasında olub və onlara arxa durub. Həm Birincisi Qarabağ Savaşında, həm də İkinci Qarabağ müharibəsində  döyüşən əsgərlərimizin, oğullarımızın yanında olub. Onlara maddi və mənəvi kömək göstərib.Başqa cür də ola bilməz. Çünki vətənpərvərlik, yurd sevgisi İlham qardaşımızın qanındadır

.2020- ci ilin sentyabr 27- də başlayıb , noyabrın 10- da başa çatan 44 günlük möhtəşəm qələbəmizdən və ərazi bütövlüyümüz təmin ediləndən sonra  o, Qubadlıda və eləcə də işğaldan azad edilən digər rayonlarda bir iş adamı kimi abadlıq, quruculuq , tikinti  işlərində yaxından iştirak edib. Daha  doğrusu, ürəyinin, qəlbinin atəşini  elinin- obasını yenidən qurulmasına həsr edib. Hər dəfə  bir iş görəndə, daşı- daş üstə qoyanda  sevinib.

Və sevinib ki, insanların yurda qayıtması üçün möhtəşəm işlərin görülməsində iştirak edib. O, tək elini- obasını sevməyib və bütün Türk dünyasını sevib.Dəfələrlə Vətənpərvərliklə  bağlı Türkiyədə keçirilən tədbirlərə dəvət alıb və orda iştirak edib! İlham Əliyevin  bu gün də bir ayağı bərpa və quruculuq işləri gedən işğaldan azad olunmuş  rayonlarımızdadır! Və o deyir ki, hər dəfə o yerlərə gedəndə  çiynimdən ağir bir yük götürülür və özümü çox rahat hiss edirəm .

Mən həmişə Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tutuğu siyasi xətti müdafiə etmişəm. Çünki bilmişəm ki , hər iki  böyük siyasətçi bizi işıqlı  yolu aparır. Və mən də bu yolu tutmuşam! Bəli bizi tanıdığımız İlham qardaşımız belə bir vətənpərvər insandır. Xalq  şairi Məmməd Araz  çox gözəl deyib:  " Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı..."

  • Mart:
  • 6

TƏQVİM / ARXİV