Gənələrdən ölümcül virüs yayılır
Rusiyada son dövrlər Hyalomma növünə aid iri və aqressiv gənələrin yayılması ilə bağlı məlumatlar narahatlıq doğurur.
Adalet.az xəbər verir ki, bu gənələr davranış xüsusiyyətlərinə görə adi növlərdən ciddi şəkildə fərqlənir.
Mütəxəssislərin sözlərinə görə, bu gənələr passiv şəkildə gözləmək əvəzinə, qurbanlarını aktiv şəkildə izləyə bilir. Onların hərəkət sürəti də xeyli yüksəkdir və bu xüsusiyyət onları daha təhlükəli edir.
Bildirilir ki, Hyalomma gənələri bəzi hallarda standart repelentlərə qarşı davamlılıq göstərə bilir. Bu isə xüsusilə açıq havada olan insanlar üçün riskləri artırır.
Ən ciddi təhlükə isə bu parazitlərin daşıdığı xəstəliklərlə bağlıdır. Bu gənələr gənə ensefaliti və borreliozla yanaşı, Krım-Konqo hemorragik qızdırması kimi yüksək ölüm riski olan virusu da ötürə bilir.
Mütəxəssislər əhaliyə təbiətdə olarkən qapalı geyimlərdən istifadə etməyi, açıq sahələrdə ehtiyatlı davranmağı və gənə dişləməsi halında dərhal tibbi yardım almağı tövsiyə edir.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

