"Televiziya yalnız vaxt doldurmaq üçün deyil, insanı dəyişmək üçün var"
"Ümid edək ki, telekanallar bağlanan verilişlərin yerini ucuz həyat təbliğ edən seriallarla doldurmayacaq".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
"Bu boşluqların seriallarla yox, aşağıdakı məzmunlu verilişlərlə doldurulmasını daha məqsədəuyğun hesab edirəm:
1. Həkimlərin iştirakı ilə sadə və anlaşılan tibbi maarifləndirmə verilişləri;
2.Real sosial problemlərin həll yönümlü müzakirəsi;
3.Sadə dildə iqtisadi izahlar (maaş, kredit, qiymətlər, biznes ideyaları və s.);
4.Region və kənd həyatı üçün praktik məlumatlar (torpaq, təsərrüfat, kiçik biznes);
5.İki səviyyəli intellektual verilişlər (canlı bağlantılar və interaktiv formatlarla);
6.Təhsilin ən müxtəlif pillə və sahələrində maraqlı və yönləndirici proqramlar.
Amma bütün bunlar quru və ağır formada təqdim edilməməlidir. Yenə insan hekayəsi olmalıdır, yenə həyat olmalıdır. Sadəcə nəticə qalmaqal yox, fayda olmalıdır.
Televiziya yalnız vaxt doldurmaq üçün deyil, insanı dəyişmək üçün var", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

