Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2020-2022-ci illərdə “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyi müddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Monteneqro Respublikasından ölkəmizə birbaşa reys olmadığından Ədliyyə Nazirliyi tərəfindən Türkiyə Respublikasının səlahiyyətli orqanları ilə danışıqlar aparılaraq, tranzit icazəsi alınıb və Mənsimov Ramil Yaqub oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqrodan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Digər Xəbərlər
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14
Mağazadan oğurluq etdilər - VİDEO
17 Mart 2026 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
17 Mart 2026 10:24
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
17 Mart 2026 10:04
Polis əməliyyat keçirdi: 2 nəfər həbs olundu - VİDEO
16 Mart 2026 16:35


Bakı -°C

