SON DƏQİQƏ:

Faktı saxtalaşdırmaq: TƏCAVÜZDƏN SONRAKI HƏYASIZLIQ -  Əntiqə Rəşid yazır

  114623   |  
Şriftin ölçüsü  

Tarixdən az-çox xəbəri olanlar bilir ki, ruslar Azərbaycanı 18-əsrin sonları, 19 əsrin əvvələrində deyil hələ lap qədimlərdən hədəfə alıb. Hələ slavyanların(rusların) Bərdəyə basqınlarından sonra, Azərbaycana ilk hücumunda - 944-cü ildə elə dağıdıcı zərbələr endirdilər ki, Bərdə Azərbaycanın baş şəhəri rolunu itirdi. Bərdə özünə gələnə əvvəlki kimi inkifafa qədəm qoyması uzun illərə başa gəldi. O özünə gələnə qədər baş şəhər- Arran vilayətinin mərkəzinə çevrilən Gəncə oldu.

 

Rusların gətirdiyi ilk bədbəxtlik- Bərdənin süqutu

 

Tarixçilərin fikrinə görə, Şəddadi hökmdarı Fəzlin (895-1030) zamanında Gəncə tərəqqi dövrünü yaşayıb.Bu dövrdə şəhər ölkənin sosial-iqtisadi və mədəni həyatında mühün rol oynamağa başlamışdır. Şəhərin həyatında sənətkarlıq və ticarət mühüm yer tuturdu. Dəmir, mis, aliminun və digər mədənlər Gəncənin ətraf ərazilərində fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdi, Burada pul kəsilməyə də başladılar.

 

Gəncə paytaxt şəhər kimi əsas diqqəti hərbi qüvvəsinin gücləndirilməsinə yönəltmişdi. IX-XI əsrlərdə slavyanların, erməni-gürcü və Bizans qüvvələrinin, XI əsrdə alanların bərəkətli Azərbaycan torpaqlarına qarətçi yürüşlərinin tez-tez baş verməsini nəzərə alan Şəddadi hökmdarları o dövrdə qala, saraylar, körpülər və karvansaraylar inşa etdi. Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu çuğun və dəmirdən , üzəri basma üsulu ilə ornament və naxışlarla bəzədilmiş məhşur Gəncə darvazalarını düzəltdi. Bir sözlə, bütün bunlardan sonra Gəncə Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatında mühüm rol oynamaqda davam edir. Lakin...

 

Təbi fəlakət: Gəncə zəlzələsi

 

1139-cu ildə sentyabrın 30-da, Gəncədə baş vermiş 9 ballıq güclü zəlzələ baş verir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı" Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Yeri gəlmişkən, zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb.

 

 

 

Gürcü knyazıının namərdliyi...

 

 

 

Dəhşətli zəlzələnin nəticəsi olaraq əhali bütün bütün müdafiə xətti şökdü. Evi dağılmış, əzizlərinin ölümündən psixoloji zərbələr almış, köməksiz və çaşbaş Xalq ac, yoxsul vəziyyətə düşdü. Bu faktı bilən qonşu xalqın – gürcü çarı I Demetre şəhərə qarət məqsədi ilə hücum etdi. Knyaz Gəncə qapılarının bir tayı qənimət kimi götürülərək Gürcüstana Gelati monastırına aparıldı. Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır. Ən pisi odur ki, Gelati monastrına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində isə gürcü çarı I Demetre 1139-cu il Gəncə zəlzələsi zamanı şəhərin müdafiəsiz olmasından istifadə edərək bura qarət məqsədi ilə hücum edib.

 

Ermənilər kimi gürcülər də....

 

Tarixçi Samir Pişnamazzadə bir dəfə açıqlamasında söylədi ki, darvazaları verməyə əslində kilsə razılaşmır: "Gürcüstan höküməti bir neçə dəfə bu istiqamətdə öz razılığını verib. Sadəcə, orada struktur elə qurulub ki, kilsə daha müstəqildi. Ona görə də bu məsələdə Gürcüstanın baş keşişinin razılığı olmalıdı”.

Zənnimizcə, rəsmi Bakı bir çox məsələlərdə siyasi iradə nümayiş etdirərək bir çox problemlərin həllinə nail olub. Yəni, Gəncə darvazasının da geri qaytarılması problemi həll edilməsi üçün mütləq o siaysi iradə sərgilənməlidir. Bəlkə də qonşulara qarşı həddən artıq tolerantıq və güzəştə gedirik ki, onlar bizdən Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi - Keşikçidağ məbədini ( David Qareci məbədi) tələb etməyi özlərində cəsarət tapdılar.

Gürcülər Xudavəngi Dadavank adıyla, o cümlədən , Müqəddəs Yelisey monastrı, Ağoğlan monastr kompleksi, Qandzasar monastrı, Amaras monastrı, dünyaya qədim erməni monastrı kimi sırıyan ermənilərdən eyni əmələ qulluq edirlər. Zəlzələ nəticəsində tar-mar olmuş, müdafiəsiz qalmış bir xalqa hücum edərək, onları öldürüb, əsir alıb, milli dəyərlərini - Gəncə darvazasını min ildir “qəhrəman”lığın bəhrəsi kimi dünyaya sərgiləyirlər! Bizim qədim tariximiz üzərində özlərinə tarix yaratmağa çalışan dövlətlərin belə əməllərinə son qoyulmalı, Gəncə darvazası geri alınmalıdır!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK