adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 12:43
39
DÜNYA
A- A+

Trampdan İranla razılaşmaya dair təkzib

ABŞ Prezidenti Donald Tramp CNN və digər KİV-in İranla hazırlanan razılaşmanın Tehranın nüvə proqramına şamil edilmədiyi barədə xəbərlərini təkzib edib.

Adalet.az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb.

"Yalançı media orqanı CNN, həmişə olduğu kimi, yenə də yalan məlumat yayıb ki, mənim İranın nüvə proqramı üzrə razılaşmamda nüvə məsələsinə dair heç nə deyilmir, baxmayaraq ki, əslində, orada aydın şəkildə göstərilib ki, İran nüvə silahına sahib olmayacaq", - deyə o bildirib.

"Daha sonra razılaşmada nüvə probleminin müxtəlif digər aspektləri ətraflı və qəti şəkildə müzakirə edilir. Faktiki olaraq, razılaşmanın böyük hissəsi məhz buna həsr olunub", - deyə Tramp əlavə edib.

İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə hazırkı danışıqların gedişatı zamanı İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı hər hansı müzakirə aparmır.