“Moskva Ermənistan hakimiyyətinə qarşı bütün təzyiqləri işə salıb”
“Rusiya Ermənistandan səfirini geri çağırması iki ölkə arasında siyasi münasibətlər sisteminin böhrana yuvarlanmasıdır. Avrasiya İttifaqının Ali Şurasının Ermənistanla bağlı birgə qərarı və V. Putinin açıqlamaları seçkilərə təsir etmək planın tərkib hissəsidir. Bununla seçicilərə "əgər N. Paşinyana səs versəniz, sizin Rusiya ilə bağlarınızı keçəcəyik" -mesajını verir. Ermənistanın əsas ticarət tərəfdaşı və bu ölkədən kənd təsərrüfatı məhsulları məhz satışı Rusiyanın bazarında həyata keçirilir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Moskva Ermənistan hakimiyyətinə qarşı bütün təzyiqləri işə salıb. N.Paşinyan bu təzyiqlərə qarşı duruş gətirir və Kremldə V. Putinə "demokratiya" dərsi keçməsinə qədər gedib çıxmışdı.Rusiya rəhbərliyi bilir ki, N.Paşinyan növbəti qələbəsindən sonra, Azərbaycanla "Yekun sülh" müqaviləsi bağlayacaq. Türkiyə ilə sərhədlər açılacaq. Rusiyanın Cənubi Qafqazda 200 il ərzində formalaşdırdığı status-kvo tam söküləcək. Bu da Rusiya rəhbərliyində həyəcanla qarşılanır.Seçkilərdə Ermənistan əhalisi N. Paşinyana səs verməsi gözlənilir. Çünki, xalqda bilir ki, Rusiyanın növbəti gəlişi müharibə deməkdir”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
01 Iyun 2026 11:13
"Tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik" - Dövlət başçısı
01 Iyun 2026 10:52
"Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir" - Dövlət başçısı
01 Iyun 2026 10:50
"Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu" - İlham Əliyev
01 Iyun 2026 10:44


Bakı -°C

