“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
“Avrasiya İqtisadi İttifaqı “Rusiya və onun tərəfdaşları” klubuna bənzəyir. Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, “Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq”. Rusiyalı rəsmilər bu açıqlamanı verərkən, birliyə üzv olan digər dövlətlərin rəyi ilə hesablaşmırlar, onların yerinə də qərar verirlər. Misal üçün bugünə qədər Avrasiya İqtisadi İttifaqına üzv olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına “üzvlükdən çıxararıq” tipli açıqlamalar verilməyib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, buna baxmayaraq, bu dövlətlərin rəsmiləri rusiyalı rəsmilərin açıqlamalarına tərs düşən fikir də bildirmirlər:
“Bunun nəticəsidir ki, Astanada Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib. Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib. Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər. Aydındır ki, Rusiya Ermənistanla bağlı qərarını o biri üzvlərə qəbul etdirib.Avropa İttifaqı sözdə yox əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək”.
Politoloqun sözlərinə görə, vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə, Kreml tərəfindən cəzalandırıldı:
“İndi Eravan hökuməti hədəfdədir. İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirmək azdır, Brüssel Rusiyanın baş nazir Nikol Paşinyana artan təzyiqləri neytrallaşdırmaq barədə düşünməlidir. Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, üstəgəl Ermənistanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub. Avropa İttifaqı öz bazarını Ermənistan kənd təssərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilərmi? Bu baş verməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

