Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
"Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin şübhəsiz inşa ediləcəyini bildirib. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib. Və bu artıq reallaşmaqdadır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir. Onun sözlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir:
"Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına imkan yaradacaq. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 gündə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhfə verəcək".
Digər Xəbərlər
01 Iyun 2026 15:36
Uraloğlu Bakı–Tbilisi–Qars dəmir yolunun açılışında iştirak edəcək
01 Iyun 2026 10:12
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndəriləcək
30 May 2026 09:32
“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07


Bakı -°C

