Uraloğlu Bakı–Tbilisi–Qars dəmir yolunun açılışında iştirak edəcək
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iyunun 2-də Gürcüstanda keçiriləcək Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimində iştirak edəcək.
Bu barədə Adalet.az-ın Türkiyə bürosuna nazirin mətbuat müşaviri Osman Bekar məlumat verib.
Mərasim Gürcüstanın Axalkalaki dəmir yolu stansiyası stansiyasında keçiriləcək. Tədbirdə Azərbaycan və Gürcüstandan da rəsmi şəxslərin iştirakı gözlənilir.
Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometrdir və bunun 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları həcmində kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına geri qaytarılması planlaşdırılır.
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

