"Ukrayna Azərbaycana əbədi olaraq minnətdardır!" - Şmıqal
"Azərbaycanın köməyi Ukraynaya çətin qışdan sağ çıxmağa kömək edib".
Adalet.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxış edərkən deyib.
"Ötən qışın ən çətin dövründə Azərbaycan bizim dayanıqlığımıza əhəmiyyətli töhfə verib. Azərbaycanlı tərəfdaşlarımız generatorlar, transformatorlar, kabellər və digər vacib avadanlıqlar təmin ediblər", - deyə o bildirib.
Şmıqal qeyd edib ki, Azərbaycanın dəstəyi Ukraynanın qışdan sağ çıxmasına imkan verib.
"Bu gün bu, bizə qarşıdan gələn qış mövsümünə hazırlaşmaqda kömək edir. Tammiqyaslı hərbi əməliyyatların başlamasından bəri Azərbaycan Ukrayna üçün 11 enerji yardım paketi elan edib", - Ukrayna Baş nazirinin müavini bildirib.
Şmıqal bildirib ki, Ukrayna "bunun üçün əbədi olaraq minnətdardır".
"Prezident İlham Əliyevə və Energetika naziri Pərviz Şahbazova minnətdarlığımızı bildirmək istərdik. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk və buna görə səmimi qəlbdən minnətdarıq", - Şmıqal bildirib.


Bakı -°C

