adalet.az header logo
  • Bakı -°C

ABŞ-İran razılaşa biləcəkmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
36 | 2026-06-01 12:49
A- A+

Bildirilir ki, İran-ABŞ yaxın günlərdə razılaşma əldə edə bilərlər. Tərəflər konkret formatları  müzakirə etmələrinə baxmayaraq, Vaşinqton və Tehranın geniş mənada sülh razılsşması əldə edə biləcəkləri inandırıcı görünmür. Çünki, ABŞ və İran prinsipial məsələlərdə- nüvə proqramı, Hörmüz boğazının statusu, İranın dondululmuş aktivləri - ilə bağlı güzəştə getmək istəmirlər.

 Bundan başqa, İsrail də, aparılan danışıqları diqqətlə izləyir və yəhudi dövlətinin maraqları təmin olunmadığı halda  istənilən zaman diplimatik danışıqları pozmağa cəhd edəcəkləri də, istisna olunmur.

 KİV-lərin məlumatlarına görə, Vaşinqton və Tehran arasında yekun sənədin əldə olunması üçün gərgin danışıqlar aparılır. Əldə olunan ilkin çərçivə memorandumuna görə, atəşkəs rejiminin müddəti daha 60 gün uzadılıb. 

 Lakin, ABŞ prezidenti Donald Tramp və İran rəhbərliyi hələ ki, bu sənədi də imzalamayıblar. Çünki, Tramp daha ağır tələblər irəli sürür. The New York Times qızeti yazır ki, mayın 29-da Ağ Evdə keçirilən iclasda amerikan lider sənəddə nüvə proqramı və İranın dondurulmuş aktivləri ilə bağlı müəyyən düzəlişlər edilməsini tələb edib. Bundan bsşqa Tramp Hörmüz boğazının açılması ilə bağlı məsələyədə əlavələr ediməsini istəyib. 

 ABŞ İranın nüvə proqramının tamamilə dayandırllmasını istəyir. Eyni zamanda, gəmilərin Hörmüz boğazından keçidi üçün İranın rüsum tələb etməsini də istəmir. 

 Tehran isə, istənilən razılaşmanın əldə olunması üçün, ilkin növbədə dondurulmuş aktivlərin 24 milyard dollarının qaytarılması şərtlərini irəli sürür. Tramp isə, Ağ Evdəki çıxışında açıq şəkildə bəyan etdi ki, ABŞ konkret məsələlərdə güzəştə getməyə hazır deyil.

 İran parlamentinin spikeri Muhəmməd Bager Halibaf qeyd edib ki, İran xalqının hüquqları msdafiə olunmayana qədər, heç bir razılaşmaya getməyəcəklər. 

 Görünən odur ki, tərəflərin yaxın vaxtlarda razılaşma əldə oluna biləcəyi ilə bağlı verdikləri bəyanatlar, heç də reallığı əks etdirmir...

 

TƏQVİM / ARXİV