Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
Qara dənizin “Sakarya” yatağından qaz təchizatı Türkiyəyə mavi yanacağın idxalında 2 milyard dollar qənaət etməyə imkan verib.
Adalet.az xəbər verir ki, Türkiyənin tarixində ən böyük dəniz qaz yatağının kəşfi 2020-ci ilin iyul ayında elan edilib, ölkənin qaz paylama sisteminə ilk tədarüklər isə 2023-cü ilin sentyabr ayında həyata keçirilib. 2023-cü ilin sonuna olan məlumata görə, “Sakarya” yatağında 337 milyon kubmetr qaz hasil edilib. Bu rəqəm növbəti il 1,66 milyard kubmetrə, ötən il 3 milyard kubmetrə, bu ilin yanvar-may aylarında isə daha 1 milyard kubmetrə çatıb.
“Sakarya” yatağının ehtiyatları 785 milyard kubmetr və ya 250 milyard dollar olaraq qiymətləndirilir.
Dəniz yatağının istifadəyə verilməsindən bəri Türkiyə artıq bazar dəyəri 2 milyard dollar olan təxminən 6 milyard kubmetr yerli qaz əldə edib. Beləliklə, ölkə xarici təchizatçılardan enerji asılılığını tədricən azaltmağa başlayıb.
Rəsmi məlumatlara görə, Türkiyə ötən il 21,2 milyard dollar dəyərində mavi yanacaq alıb. Bunun 43 faizi Rusiyadan, 20 faizi ABŞ-dən, 12 faizi Azərbaycandan, 11 faizi İrandan, 7 faizi Əlcəzairdən və daha 7 faizi digər mənbələrdən olan idxal təşkil edib.
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

