adalet.az header logo
  • Bakı -°C
31 May 2026 11:52
46
İDMAN
A- A+

"Sabah" Sekidika ilə yolları ayırdı

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.

Adalet.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı oyunçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Cesse Sekidika “Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Se29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

"Sabah" Cesse Sekidikaya kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.