adalet.az header logo
  • Bakı -°C
21 May 2026 11:18
52
MƏDƏNİYYƏT
A- A+

Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın çoxşaxəli inkişaf modelinin dünyaya növbəti təqdimatıdır.

Bu dəfə Bakı şəhərsalma mədəniyyətinin, memarlıq irsinin mühüm platformalarından biri kimi qlobal diqqət mərkəzinə çevrilir.

185 ölkədən gələn  minlərlə nümayəndə, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ekspertlər şəhərsalmanın aktual çağırışlarını müzakirə edir, təcrübə mübadiləsi aparır və gələcək perspektivlərinə dair nəticələr formalaşdırırlar.

Ölkəmizin bu mövzuda dünyaya sərgiləyəcəyi zəngin təcrübəsi var. Müasir dövrdə bir çox şəhərlər sürətli urbanizasiya prosesində öz tarixi simasını və mədəni ruhunu itirmək təhlükəsi ilə üz-üzə qalır. Bizim şəhərlərimiz isə inkişafla tarixi yaddaş arasında incə tarazlığı qoruyaraq, modernləşməni milli-mədəni irsin davamı ilə uzlaşdırmağı bacaran nadir şəhərlər sırasında yer alır.

Forumun açılışındakı çıxışında cənab Prezidentin vurğuladığı kimi, “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz”.

Və əslində bu fikirlər, dövlətimizin nəinki, memarlığa yanaşmasını, həm də ümumilikdə siyasətinin fəlsəfəsini əks etdirir: Yəni, köklərimizə, dövlətçilik ənənələrimizə bağlı qalaraq müasir dünyaya açılmaq.

Azərbaycan Prezidenti çıxışı boyunca mədəniyyətdən, şəhərsalma və memarlıqdan danışsa da, əslində eyni zamanda milli kimliyimizdən, tariximizdən danışdı. Dövlət başçısı çoxəsrlik şəhərlərimizi, o cümlədən Şamaxını, Naxçıvanı, Gəncəni, Şəkini, Şuşanı dahi şəxsiyyətlərimizin doğulduğu, mədəni ənənələrimizinin formalaşdığı mərkəzlər kimi böyük ustalıqla tanıtdı, təbliğ etdi. Bu isə Azərbaycanın maddi-mənəvi dəyərlərinin, qədim dövlətçilik irsinin qlobal auditoriyaya çatdırılması baxımından çox dərin siyasi məna daşıyır.

Çünki, şəhər – həm də yaddaşdır. Şəhər - siyasətdir. Şəhər - kimlikdir. Şəhər -  tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir.

Uzun illər erməni işğalı altında qalan, dağıdılan, yerlə-yeksan edilən Qarabağın şəhərləri bu gün dövlətimizin iradəsi ilə, gücü ilə yenidən qurulur, dirçəldilir. Şəhərlərimizin əvvəlki siması bərpa edilir.

Bu nədir?

Bu, ölkəmizin yenidənqurma əzminin fövqündə dayanan, Qarabağın tarixi kimliyini və onun əzəli sakinlərinin bu torpaqlarla bağlılığını aydın şəkildə ifadə edən bir gerçəklikdir.

Prezidentin dediyi kimi, “Məhz torpağın yiyələri bu cür davranırlar”.

Bu yanaşma şəhərsalmanı milli dəyərlərin davamı kimi daha geniş kontekstdə dərk etməyə imkan yaradır.

Ona görə də, Forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır

Ona görə də, Forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır.