adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Noyabr 2021 13:28
1492
DÜNYA
A- A+

ABŞ - ın Gürcüstana gətirdiyi "demokratiya" budurmu?

 Gürcüstan hakimiyyəti eks prezident Mixail Saakaşvilini, onun işi ilə bağlı bu gün keçiriləcək məhkəmə iclasında iştirak etməsinə icazə verməyib. Penitensiar xidmətindən verilən məlumata görə, hakimiyyət onun həbsxanadan məhkəmə zalına etap olunması zamanı bəzi siyasi partiyaların maneçilik törədə biləcəyindən ehtiyat edir.
 

Həmçinin səbəb kimi, Saakaşvilinin uzun müddətdir keçirdiyi aclıq aksiyasının nəticəsində, məhkəmə zalında vəziyyətinin ağırlaşa biləcəyindən ehtiyat etdiklərini də göstərirlər.
 

Təhlükəsislik xidməti Saakaşvilinin etap olunması zamanı onun tərəfdaşlarının və aktivistlərin yolları bağlamaqla təxribat törədəcəkləri barədə məlumatlar aldıqlarını bildiriblər.
 

Saakaşvilinin şəxsi həkimi Nikolaz Kipşidze siyasətçinin sağlamlığının pisləşdiyini bildirib. O bildirib ki, eks prezident yataqdan qalxa bilmir və həddindən artıq halsız vəziyyətdədir.
 

Bu da Qərbin Qafqaz regionuna sırımaq istədiyi "demokratiyanın" verdiyi töhvələrin təzahürü. Sosial şəbəkələrdə eks prezidentin xüsusi xidmət əməkdaşları tərəfindən kobud şəkildə süründürülyünü əks etdirən kadrlar yayımlanıb. 
 
 Rüstəm Hacıyev