Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs tutuldu - VİDEO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu

Polis 13 kq-dan artıq narkotik aşkarladı

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi - VİDEO

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi

Polis Saatlıda əməliyyat keçirdi - Çinarə Astanova saxlanıldı

Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb

DİN BNMİ-dən əməliyyat - 60 kq narkotik vasitə aşkarlandı - VİDEO
