Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik - Fidan
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir.
Adalet.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda cari beynəlxalq hadisələr barədə danışarkən deyib.
Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və ABŞ Lideri Donald Trampa təşəkkür edib.
Fidan hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir:
"Ermənistan-Azərbaycan arasında müqavilə yekunlaşan kimi biz Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq".
Digər Xəbərlər
12 Sentyabr 2026 12:06
"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13
“Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır”
11 Sentyabr 2026 12:33


Bakı -°C

