“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur - FOTOLAR

Fəaliyyətində dayanıqlıq prinsipini prioritetdə tutan “Azərsun Holdinq” Bakı Ekspo mərkəzində təşkil olunan “Bakı Su Həftəsi” sərgisində iştirak edir.
Adalet.az xəbər verir ki, sərgi çərçivəsində “Azərsun Holdinq” öz istehsal müəssisələrində tətbiq etdiyi innovativ texnologiyalar və resurslara qənaət yönümlü həlləri təqdim edir. Şirkətin stendində suyun təkrar istifadəsi, emal texnologiyalarının təkmilləşdirilməsi və dayanıqlı istehsal prinsipləri barədə məlumat verilir.
Xüsusilə vurğulanmalıdır ki, “Azərsun Holdinq”in həyata keçirdiyi modernizasiya və texnoloji yeniliklər nəticəsində, son 5 il ərzində ümumilikdə 2.430.684 m³ suya qənaət edilib. Bu göstərici şirkətin ekoloji məsuliyyət və davamlı inkişaf prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Ölkənin aparıcı sənayə və istehsalat şirkətlərindən olan “Azərsun Holdinq” su ehtiyatlarının qorunması, daha sağlam və yaşıl gələcək naminə bir sıra sosial layihələr həyata keçirməyə davam edir.
Digər Xəbərlər

Bu ilin 8 ayında 832 nəfər müharibə iştirakçısı biznes üçün əmlaklarla təmin olunub

Şuşakəndə ilk köç baş tutub - YENİLƏNİB

Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA

“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb - FOTOLAR

Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilər

Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə bilər

Evlərin kirayə haqqı artdı...
