İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq

Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu yubiley münasibətilə incəsənət təhsilində fəaliyyət göstərən müəllimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə yeni mükafat təsis edilib.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə layihəsi olaraq həyata keçirilən “Üzeyir Hacıbəyli Mükafatı” musiqi və incəsənət məktəbləri, mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərmiş müəllimlərə təqdim olunacaq.
Layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən ibarət olacaqdır:
Birinci mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyata keçiriləcək;
İkinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.
Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi Ekspert Komissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isə Apellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplamış 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüləcək.
Digər Xəbərlər

Dünya opera ulduzları Türkiyənin qədim amfiteatrında: Möhtəşəm Aralıq dənizi festivalı başlayır – FOTOLAR

İki böyük sənətkar - Məhəbbət Kazımov Rəmiş! - VİDEO

Musiqi və incəsənət məktəblərinə qeydiyyat uzadılıb
