“Azərsun Holdinq” ucqar kənddə yaşayan məktəblilərə dəstək olub
“Azərsun Holdinq”in sosial məsuliyyət layihələri arasında təhsilə dəstək xüsusi yer tutur.
Bu dəfə Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ucqar dağ kəndlərində yaşayan aztəminatlı ailələrin övladlarına dəstək olunub.
Layihə çərçivəsində 100 nəfərə yaxın birinci sinif şagirdinə zəruri məktəb ləvazimatları hədiyyə verilib. Tədbirin əsas məqsədi bölgənin ucqar kəndlərində yaşayan azyaşlıların təhsilə marağını artırmaq, ailələrin sosial yükünü azaltmaq və şagirdlərin məktəbə sevinclə başlamasına töhfə verməkdir.
Layihədə icra hakimiyyətinin, "Daşlı Bulaq" su markasının və “Azərsun Holdinq”in nümayəndələri iştirak ediblər.
Şagirdlərə şəxsən təqdim olunan hədiyyələr valideynlərin və uşaqların sevincinə səbəb olub.
Digər Xəbərlər
21 Sentyabr 2026 11:06
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20


Bakı -°C

