“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin həyata keçirdiyi “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb. Bu gün aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədi ilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb.
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Bakı Mətbəəsi” ASC-də nəfis tərtibatla çap olunmuş kitaba daxil edilmiş şeirlər bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi; bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması; tarixi yer-yurd adları ilə zəngin olması; ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri; erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.
Kitab Qərbi Azərbaycanın aşıq sənətinin ilk beşiklərindən biri olmasına diqqət yönəltməklə yanaşı, həm də bu tarixi torpaqlarımızdakı yer-yurd adlarımızın öyrənilməsi baxımından da əhəmiyyətlidir.
Layihənin rəhbəri “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, kitabın elmi redaktoru ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birlyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçi ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.
Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək və müvafiq təşkilatlara pulsuz paylanılacaq.
Emil Faiqoğlu
Digər Xəbərlər
21 Avqust 2026 09:00
HƏR QAYADA BİR ŞƏHİD QANI
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50


Bakı -°C

